Polis əməkdaşları
Bakıda dəhşətli qətl törədilib
Bakıda arvadını öldürən kişi saxlanılıb. Sfera.az -ın əldə etdiyi məlumata görə, polis əməkdaşlarının keçirdiyi tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən R.Soltanov saxlanılaraq istintaqa təhvil verilib. Qeyd edək ki, hadisə Sabunçu rayonu, Məhəmmədi qəsəbəsində baş verib. 48 yaşlı Soltanova Mədinə Hüseynqulu qızı yaşadıqları evdə qətlə yetirilib. Onun şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı tərəfindən bıçaqlanaraq öldürüldüyü bildirilir. Faktla bağlı
Kriminal28.09.2026 18:26
Kəngərlidə ağır qəza: ölən var
Kəngərlidə avtomobil qəzası olub. Sfera.az xəbər verir ki, hadisə Naxçıvan-Sədərək magistralının Kəngərli rayonu Xok kəndi ərazisindən keçən hissəsində baş verib. Belə ki, “Logan” markalı avtomobil yoldan çıxarıb aşıb. Qəza nəticəsində 1977-ci il təvəllüdlü Əsgərov Sadiq Fərrux oğlu həyatını itirib. Hadisə yerinə polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.
Hadisə26.09.2026 22:13
Şəmkirdə avtomobil qadını vurub öldürdü
Şəmkirdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Sfera.az xəbər verir ki, hadisə Şəmkir şəhərinin mərkəzində qeydə alınıb. Hərəkətdə olan “VAZ-2107” markalı avtomobil yolu keçən orta yaşlı qadını vurub. Piyada xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Ölən şəxsin kimliyi dəqiqləşdirilir. Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Hadisə23.09.2026 21:18
Polis əməliyyatlar keçirdi: 73 nəfər tutulub
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 73 nəfər tutulub. Bu barədə Sfera.az -a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, sentyabrın 18-də ölkə ərazisində qeydə alınan 62, əvvəlki dövrlərdən bağlı qalan 21 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Gündəm19.09.2026 18:49
Azərbaycanda 9 odlu silah aşkarlanıb
Polis əməkdaşları sentyabrın 11-də paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 9 odlu silah aşkarlayıblar. Sfera.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, 2 avtomat silahı, 7 tüfəng, 2 patron darağı və 10 ədəd müxtəlif çaplı patron aşkar edİlərək götürülüb.
Kriminal12.09.2026 13:54
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
Gəncədə iki avtomobil toqquşub. Sfera.az xəbər verir ki, yol-nəqliyyat hadisəsi Yeni Gəncə yaşayış massivi ərazisində baş verib. Qəza nəticəsində 1998-ci il təvəllüdlü O.Hüseynova, 2021-ci il təvəllüdlü J.Hüseynova və 2019-cu il təvəllüdlü U.Məmmədova xəsarət alıblar. Yaralıların müalicəsi xəstəxanada davam etdirilir. Hadisə yerinə polis əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.
Hadisə17.08.2026 22:36
Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanıldı
Avqustun 10-da ölkə ərazisində qeydə alınan 29, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Bu barədə Sfera.az -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 135, o cümlədən borclu şəxs qismində axtarışda olan 113 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 11, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt
Cəmiyyət11.08.2026 12:13
Cinayət törədən 68 nəfər saxlanılıb
Avqustun 8-də və 9-da ölkə ərazisində qeydə alınan 64, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Sfera.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb. Axtarışda olduğuna görə ümumilikdə 63, o cümlədən borclu şəxs qismində axtarışda olan 30 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 28, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən
Hadisə10.08.2026 13:56
17 yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundu
Ağdaş rayonunda nikah yaşına çatmayan şəxsin nişan mərasiminin olması barədə daxil olmuş məlumat üzrə polis tərəfindən araşdırma aparılıb. Daxili İşlər Nazirliyi mətbuat xidmətinin regional qrupundan Sfera.az -a bildirilib ki, faktla bağlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən zəruri tədbirlər icra edilib. Araşdırmalar zamanı qızın oktyabr ayında 18 yaşının tamam olacağı müəyyən edilib. Polis əməkdaşları, eləcə də digər aidiyyəti qurumların məsul şəxsləri oğlan və qızın valideynləri ilə
Hadisə07.08.2026 19:14
Cinayətdə şübhəli bilinən 48 nəfər saxlanıldı
Avqustun 5-də ölkə ərazisində qeydə alınan 42 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. DİN-in Mətbuat Xidmətindən Sfera.az -a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 126, o cümlədən borclu şəxs qismində axtarışda olan 96 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 16, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 9 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb.
Hadisə06.08.2026 11:09
Sım şəlaləsində çimən turisti söydü, həbs olundu - Qəribə OLAY
da şəlalədə çimən adamı söyən həbs edilib. Sfera.az xəbər verir ki, hadisə Sım kəndində yerləşən məşhur Sım şəlaləsində qeydə alınıb. 40 yaşlı kənd sakini Həmid Mədətov (şərti adla) şəlalədə olarkən bir nəfərin suda çimdiyini görüb. Həmid həmin şəxsə ətrafda evlər olmasını və sudan çıxmasını bildirib. Qarşı tərəf də buranın istirahət zonası olduğunu deyərək, Həmidin sözünə məhəl qoymayıb və çimməyə davam edib. Bundan hiddətlənən Həmid də özündən çıxaraq, şəlalədə olan digər insanların içində
Hadisə05.08.2026 15:32
Şəmkirdə 12 yaşlı qız bıçaqlanaraq öldürüldü
Şəmkirdə bıçaq xəsarəti alan qız xəstəxanada ölüb. Sfera.az xəbər verir ki, rayonun Mahmudlu kənd sakini 2014-cü il təvəllüdlü Ə. Namazova ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Göstərilən tibbi yardımlara baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. İlkin məlumata görə qızın valideynləri onun bu gün itkin düşməsi ilə bağlı polisə müraciət ediblər. Lakin bundan bir qədər sonra yeniyetmə öz həyətyanı sahələrindən yaralanmış şəkildə tapılıb. Hazırda hadisənin baş vermə səbəbləri polis
Kriminal24.07.2026 22:07
Naxçıvanda yük avtomobili iki piyadanı vurdu
Naxçıvan şəhərində baş verən yol-nəqliyyat hadisəsində iki nəfər xəsarət alıb. Sfera.az xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, ağır yüklü avtomobil yolu qarşı tərəfə keçmək istəyən iki piyadanı vurub. Qəza nəticəsində 1995-ci il təvəllüdlü Xəyalə Ağa qızı Həsənova və həmyaşıdı Hində Etibar qızı Tağızadə xəsarət alıb. Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə yerləşdiriliblər. Hadisə yerinə polis əməkdaşları cəlb
Hadisə03.07.2026 20:15
Tovuzda 32 yaşlı kişi qətlə yetirildi
Tovuzda qətl hadisəsi baş verib. Sfera.az xəbər verir ki, hadisə rayonun Əyyublu kəndində qeydə alınıb. Tovuz Rayon Polis Şöbəsinə Bakı şəhər sakini, 32 yaşlı Elməddin Quliyevin kəsici-deşici alətlə xəsarət alması və yerləşdirildiyi xəstəxanada ölməsi barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Tovuz rayon sakini, 29 yaşlı Asəf Rüstəmov saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırma aparılır./apa
Kriminal01.07.2026 08:50














