yol-nəqliyyat hadisəsi
3 yaşlı uşaq traktorun qoşqusu altında qalaraq öldü
Neftçala rayonunda azyaşlı uşaq yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirib. Sfera.az xəbər verir ki, hadisə rayonun Pirətəvana kəndində qeydə alınıb. Belə ki, Həsənabad qəsəbə sakini 3 yaşlı uşaq velosipedlə hərəkətdə olarkən traktorun qoşqusunun altında qalıb və Uşaq aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır./apa
Hadisə22.10.2026 23:36
Şəmkirdə avtomobil qadını vurub öldürdü
Şəmkirdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Sfera.az xəbər verir ki, hadisə Şəmkir şəhərinin mərkəzində qeydə alınıb. Hərəkətdə olan “VAZ-2107” markalı avtomobil yolu keçən orta yaşlı qadını vurub. Piyada xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Ölən şəxsin kimliyi dəqiqləşdirilir. Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Hadisə23.09.2026 21:18
Gədəbəy qəzasında xəsarət alanların SON vəziyyəti
Gədəbəydə baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin son vəziyyəti açıqlanıb. Sfera.az xəbər verir ki, bu barədə informasiyanı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) yayıb. "Gədəbəydə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan beş nəfər (kişi) 28.08.2026-cı il tarixində saat 20:20-də Gədəbəy Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə ilkin tibbi xidmətlər göstərilib.
Hadisə30.08.2026 19:18
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
Gəncədə iki avtomobil toqquşub. Sfera.az xəbər verir ki, yol-nəqliyyat hadisəsi Yeni Gəncə yaşayış massivi ərazisində baş verib. Qəza nəticəsində 1998-ci il təvəllüdlü O.Hüseynova, 2021-ci il təvəllüdlü J.Hüseynova və 2019-cu il təvəllüdlü U.Məmmədova xəsarət alıblar. Yaralıların müalicəsi xəstəxanada davam etdirilir. Hadisə yerinə polis əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.
Hadisə17.08.2026 22:36
Bakı-Quba yolunda AĞIR QƏZA: ölən şəxsin kimliyi məlum oldu - YENİLƏNDİ
Bakı-Quba yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Sfera.az xəbər verir ki, yolun Siyəzən rayonunun Zarat kəndindən keçən hissəsində qeydə alınmış avtoqəza nəticəsində həyatını itirən şəxsin kimliyi məlum olub. Belə ki, 1981-ci il təvəllüdlü Masallı sakini Nəsib Zöhrab oğlu Tahirov iş başında olarkən iki yük maşınının arasında qalıb. Qəza nəticəsində ağır xəsarətlər alan N. Tahirov hadisə yerində həyatını itirib. Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya
Hadisə11.08.2026 21:43
Naxçıvanda yük avtomobili iki piyadanı vurdu
Naxçıvan şəhərində baş verən yol-nəqliyyat hadisəsində iki nəfər xəsarət alıb. Sfera.az xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, ağır yüklü avtomobil yolu qarşı tərəfə keçmək istəyən iki piyadanı vurub. Qəza nəticəsində 1995-ci il təvəllüdlü Xəyalə Ağa qızı Həsənova və həmyaşıdı Hində Etibar qızı Tağızadə xəsarət alıb. Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə yerləşdiriliblər. Hadisə yerinə polis əməkdaşları cəlb
Hadisə03.07.2026 20:15
Bakıda qadını mikroavtobus vurub
Bakının Xəzər rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Sfera.az xəbər verir ki, hadisə rayonun Binə qəsəbəsində qeydə alınıb. İlkin məlumata görə, 1975-ci il təvəllüdlü Səbinə İzatova yolu keçmək istəyərkən onu mikroavtobus vurub. Qəza nəticəsində ağır xəsarətlər alan qadın təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılıb. Hazırda onun müalicəsi davam etdirilir. Hadisəni törədən sürücünün izahatı alınıb. Faktla bağlı araşdırma aparılır.
Hadisə03.07.2026 08:00







