Logo

Azərbaycanda iş yerində xəsarət alanların sayı iki dəfədən çox artıb

Azərbaycanda iş yerində xəsarət alanların sayı iki dəfədən çox artıb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Son 5 ildə – 2021-2025-ci illərdə istehsalatda baş verən bədbəxt hadisələr nəticəsində əmək qabiliyyətini itirənlərin və ölənlərin ümumi sayı iki dəfədən çox artıb.

Sfera.az xəbər verir ki, istehsalatda bədbəxt hadisələr nəticəsində əmək qabiliyyətini itirən və ölənlərin sayı 2021-ci ildə 327 nəfər olduğu halda, 2025-ci ildə 680 nəfərə yüksəlib.

Qeyd edək ki, istehsalatda bədbəxt hadisələr nəticəsində ölənlərin sayı 2021-ci ildə 51 nəfər, 2022-ci ildə 34 nəfər, 2023-cü ildə 70 nəfər, 2024-cü ildə 88 nəfər, 2025-ci ildə isə 75 nəfər olub.

Onu da bildirək ki, ötən il ölüm halları ən çox tikinti sahəsində qeydə alınıb. İl ərzində baş verən ölümlərin 34,7 faizi, yəni 26 nəfəri tikinti sahəsindəki bədbəxt hadisələrin payına düşüb.

Bunlardan başqa, il ərzində digər iqtisadi fəaliyyət sahələrində 19, emal sənayesində 12, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində 7, nəqliyyat və anbar təsərrüfatında 5, informasiya və rabitə sektorunda 4, mədənçıxarma sənayesində 1, su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsində isə 1 nəfər bədbəxt hadisə nəticəsində həyatını itirib.\\azxeber.com

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR