Şəmkir
Şəmkirdə avtomobil qadını vurub öldürdü
Şəmkirdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Sfera.az xəbər verir ki, hadisə Şəmkir şəhərinin mərkəzində qeydə alınıb. Hərəkətdə olan “VAZ-2107” markalı avtomobil yolu keçən orta yaşlı qadını vurub. Piyada xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Ölən şəxsin kimliyi dəqiqləşdirilir. Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Hadisə23.09.2026 21:18
Şəmkirdə 11 yaşlı qız əməliyyatdan sonra öldü
Şəmkirdə 11 yaşlı qız əməliyyatdan sonra həyatını itirib. Sfera.az xəbər verir ki, Sərxanlı kənd sakini 2015-ci il təvəllüdlü S. Həsənova Şəmkir Rayon Mərkəzi Xəstəxanasında əməliyyat olunub. Əməliyyatdan bir neçə gün sonra vəziyyəti qəfil pisləşib və həkimlərin müdaxiləsinə baxmayaraq dünyasını dəyişib. Hadisə ilə bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma başlanılıb./teleqraf
Hadisə28.08.2026 21:39
62 yaşlı kişi faciəvi şəkildə öldü
Şəmkir rayonunda bədbəxt hadisə olub. Sfera.az xəbər verir ki, Aşağı Seyfəli kənd sakini, 1964-cü il təvəllüdlü Əli Abıyev elektrik cərəyanının vurması nəticəsində həyatını itirib. İlkin məlumata görə, hadisə o, elektrik dirəyində xətti təmir etdiyi zaman baş verib. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub. Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma başlanılıb.
Hadisə09.08.2026 15:16
Şəmkirdə 12 yaşlı qız bıçaqlanaraq öldürüldü
Şəmkirdə bıçaq xəsarəti alan qız xəstəxanada ölüb. Sfera.az xəbər verir ki, rayonun Mahmudlu kənd sakini 2014-cü il təvəllüdlü Ə. Namazova ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Göstərilən tibbi yardımlara baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. İlkin məlumata görə qızın valideynləri onun bu gün itkin düşməsi ilə bağlı polisə müraciət ediblər. Lakin bundan bir qədər sonra yeniyetmə öz həyətyanı sahələrindən yaralanmış şəkildə tapılıb. Hazırda hadisənin baş vermə səbəbləri polis
Kriminal24.07.2026 22:07





