Seyran Ohanyan Ermənistan ordusunun problemlərindən danışdı: "44 günlük müharibədən sonra..."
Ermənistan ordusunda baş verən son faciəli hadisələr, sistemli problemlər, 2018-ci ildən nizam-intizamın qəsdən pisləşməsinin nəticəsidir. Sfera.az xəbər verir ki, bu fikri Ermənistanın keçmiş müdafiə naziri, parlamentin “Hayastan” fraksiyasının rəhbəri Seyran Ohanyan Sputnik Ermənistan-a açıqlamasında deyib. 2008-2016-cı illərdə Ermənistanın müdafiə idarəsinə rəhbərlik edən deputat qeyd edib ki, əvvəllər də orduda müxtəlif növ fövqəladə hallar olub, lakin onlar hərtərəfli araşdırılıb, hər bir