Zelenski İsveçrədən nə xahiş edib? - Prezidentdən AÇIQLAMA
Dünya
23:28 / 15.01.2024
5827
Ukrayna lideri Volodimir Zelenski İsveçrədən Ukrayna ilə bağlı sülh danışıqları aparmağı xahiş edib.
Sfera.az RİA Novosti-yə istinadən xəbər verir ki, bunu İsveçrə Prezidenti Viola Amherd bildirib.
“Zelenski məndən İsveçrənin də yüksək səviyyəli sülh sammiti təşkil etmək istəyib-istəmədiyini soruşdu”, o, oxşar konfransın təşkilinə razılıq verdiyini qeyd edib.
Xatırladaq ki, yanvarın 15-də Zelenski İsveçrəyə rəsmi səfərə gedib. Siyasətçi Moskvaya qarşı sanksiyaları və dondurulmuş Rusiya aktivlərindən istifadə mexanizmlərinin axtarışını müzakirə etmək niyyətindədir.
İnci