Dünyanın ən zəngin 5 adamı sərvətlərini iki qat artırıb - ADLAR

Dünyanın ən zəngin 5 adamı sərvətlərini iki qat artırıb - ADLAR

"Oxfam" beynəlxalq yardım təşkilatrının araşdırmasına görə, dünya əhalisinin 60 faizini təşkil edən və 4,77 milyard nəfər olan ən yoxsul təbəqənin sərvəti 0,2 faiz azalıb.


Sfera.az xəbər verir ki, təşkilatın "Inequality Inc." sərlövhəli hesabatında qeyd olunur ki, dünyanın ən zəngin beş iş adamının sərvəti 2020-ci ildən bu yana iki dəfədən çox artdığı halda, dünya əhalisinin 60 faizini (təxminən 5 milyard nəfər) təşkil edən ən kasıb təbəqə isə bu müddət ərzində daha da kasıblaşıb.


Baş ofisi İngiltərədə yerləşən "Oxfam"ın İsveçrənin Davos şəhərində keçirilən iqtisadi forumdan əvvəl dərc etdiyi illik hesabatda bildirilir ki, qlobal şirkətlərin və inhisarçı gücün təmərküzləşməsi zənginləri daha da zəngin, kasıbları isə yoxsul edən bərabərsizliyin dərinləşməsinə təkan verir. Dünyanın ən zəngin 1 faizi bütün qlobal maliyyə aktivlərinin 43 faizinə sahib olduğu vurğulanan hesabatda mövcud tendensiyalar davam edərsə, dünyada yoxsulluğun aradan qaldırılmasının 229 il çəkəcəyi xəbərdarlığı əksini tapır.


Həmçinin "Wealth X" araşdırma şirkətinin məlumatlarına əsasən, dünyanın ən zəngin beş iş adamı İlon Mask, Bernard Arnault, Ceff Bezos, Larri Ellison və Mark Zukerberqin ümumi sərvəti 2020-ci ildən bəri 423,8 milyard avro və ya adambaşına 114 faiz artıb.


​Milyarderlərin ümumi sərvətinin 2020-ci ilə nisbətən 3,3 trilyon dollar daha çox olduğu bildirilən "Oxfam" araşdırmasında bu sərvətin inflyasiyadan üç dəfə daha sürətlə artdığı qeyd edilib.

 

Oxfam-ın hesabatına görə, dünyanın ən zəngin 1 faizi bütün qlobal maliyyə aktivlərinin 43 faizinə sahibdir.


Hesabatda diqqətə çatdırılır ki, dünya əhalisi minimum əmək haqqı üçün daha çox və daha uzun müddət, çox vaxt riskli və təhlükəli işlərdə çalışırlar. 52 ölkədə 800 milyona yaxın işçinin real orta əmək haqqı azalıb. Bu işçilər ümumilikdə 1,5 trilyon dollar itiriblər. Bu işçilər son iki ildə ümumilikdə 1,5 trilyon dollar itiriblər ki, bu da onların hər biri üçün 25 günlük əmək haqqının itirilməsi deməkdir. Varlılar və kasıblar arasında bərabərsizliyin dərinləşəcəyi gözlənilsə də yaxın 10 ildə ilk dəfə bir insan trilyonçu ola bilər.



İnci


OXŞAR XƏBƏRLƏR

Ancelina Coli 16 yaşlı qızı ilə eyni döymə etdirdi

Amerikalı aktrisa və rejissor Ancelina Coli və 16 yaşlı qızı Vivyen eyni döymələr ediblər. Döymə Ancelinanın ilk Broadway tamaşası olan “Les Miserabl...

Əfsanəvi “ABBA” ulduzu 79 yaşında üçüncü dəfə evləndi - FOTO

Əfsanəvi “ABBA” qrupunun ulduzu Byorn Ulvaeus sevgilisi Kristina Saş ilə Kopenhagendə evlənib. Öz təbirincə desək, qadın onun "üçüncü böyük sev...

Rəfiqəsi evində uşaq dünyaya gətirdiyi üçün anadan dəymiş ziyanın ödənilməsini tələb edir

Bir qadın gözlənilməz doğuş hekayəsi haqqında paylaşım edərək, başına gələn bu gülməli hadisədən danışıb. Sfera.az bildirir ki, vaxtından əvvəl doğuş keçir...

Bu məktublar kənd əhalisini qorxuya salıb: Kimin yazdığı bilinmir

Şərqi Yorkşirdə (Böyük Britaniya) gözdən uzaq və sakit Şiptontorp kəndinin sakinləri artıq iki ildir ki, narahatlıq və gərginlik içərisindədirlər. Bu, kəndin po...

Beyninə qan sızan da var, ölən də: Şapalaq yarışları getdikcə populyarlaşır

Slap (şapalaq) yarışı Avropada getdikcə populyarlaşır. “YouTube”da milyonlarla insanın izlədiyi bu yarışlar zamanı bəzi insanların beyin qanaması ol...

Son 10 gündə ikinci: İki məktəbli helikopteri yandırdı

Rusiyanın Omsk şəhərindəki aviabazada iki məktəbli Mi-8 helikopterini yandırıb. Sfera.az bildirir ki, kimsə bunun üçün yeniyetmələrə 20 min dollar ödəyəcəy...