Rusiyaya bir günə minə yaxın PUA göndərdilər
Ukrayna Silahlı Qüvvələrinə məxsus 239 pilotsuz uçuş aparatı (PUA) ötən gecə Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib. Sfera.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb. Rəsmi məlumata görə, pilotsuz aparatlar Həştərxan, Belqorod, Bryansk, Kursk, Oryol və Rostov vilayətləri, Krasnodar diyarı, Krım və Adıgeya, həmçinin Azov və Qara dəniz akvatoriyaları səmasında zərərsizləşdirilib. Qurumdan bildirilib ki, Ukrayna ordusu son 24 saat