Britaniya Ukrayna üçün uzaqmənzilli raketlər hazırlayır

Britaniya Ukrayna üçün uzaqmənzilli raketlər hazırlayır
Kateqoriya məlum deyil
T

Böyük Britaniya Ukrayna üçün öz istehsalı olan, ABŞ komponentlərindən asılı olmayan və nisbətən ucuz uzaqmənzilli raket sistemləri hazırlayır.

Sfera.az xəbər verir ki, bu barədə “Bloomberg“ məlumat yayıb.

Məlumata görə, Böyük Britaniyanın Müdafiə Nazirliyinin dəstəyi ilə hazırlanmış üç sistem yaxın aylarda həm Böyük Britaniyada, həm də Ukraynada sınaqdan keçiriləcək.

Britaniyalı rəsmilər silahların bir il ərzində Ukrayna cəbhəsinə çatdırılmasının mümkün olduğunu bildiriblər.

Məlumata əsasən, yeni Britaniya raket sistemləri ən azı 225 kiloqramlıq döyüş başlığı ilə təchiz olunacaq və 500 kilometrdən artıq məsafədəki hədəfləri vurmaq imkanına malik olacaq.

PAYLAŞ