Fransa sərt tədbirlərə əl atdı

Fransa sərt tədbirlərə əl atdı
Kateqoriya məlum deyil
T

Fransada həddindən artıq isti hava dalğası səbəbindən bir sıra bölgələrdə kamusal yerlərdə alkoqol istifadəsinə məhdudiyyət qoyulub. Qərar xüsusilə ölkənin bir çox vilayətində elan edilən “qırmızı həyəcan” fonunda qüvvəyə minib.

Sfera.az xəbər verir ki, Fransada, xüsusilə paytaxt Paris də daxil olmaqla geniş ərazilərdə yüksək temperatur qeydə alınır. Fransanın milli meteorologiya xidməti Meteo-France ölkə üzrə 35 vilayətdə təhlükə səviyyəsinin ən yüksək – qırmızı səviyyəyə qaldırıldığını açıqlayıb.

Rəsmi məlumatlara görə, Baş nazir Sebastien Lecornunin iştirakı ilə keçirilən fövqəladə iclasdan sonra valiliklərə Müzik Bayramı çərçivəsində keçiriləcək tədbirlərdə açıq məkanda alkoqol satış və istifadəsinin məhdudlaşdırılması tapşırılıb.

Qeyd olunur ki, ölkə üzrə keçirilən bayram tədbirlərində alkoqolun təqdim edilməməsi də tövsiyə edilib. Hökumət bu addımı istilərin yaratdığı sağlamlıq risklərini azaltmaq və təcili tibbi xidmətlərin yükünü yüngülləşdirmək məqsədi ilə atıb.

Məlumatda vurğulanır ki, Bas-Rhin vilayətinin administrasiyası sosial şəbəkə açıqlamasında isti hava şəraitində alkoqolun susuzlaşdırma, isti vurması, huş itirmə və digər ciddi sağlamlıq problemləri riskini artırdığını bildirib.

Mənsumə

Sfera.az

PAYLAŞ