Tramp Melonidən küsüb: "Dost olmayacam"

Tramp Melonidən küsüb: "Dost olmayacam"
Kateqoriya məlum deyil
T

“İtaliya Baş naziri Corciya Meloni Fransada keçirilən G7 sammitində mənimlə şəkil çəkdirmək üçün dəfələrlə xahiş edib”.

Sfera.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

“İtaliya Baş naziri Corciyaa Meloni G7 sammiti zamanı dəfələrlə mənimlə şəkil çəkdirməyi xahiş etdi. O, İtaliyada populyarlıq səviyyəsinə görə zəif vəziyyətdədir. Bunun səbəbi, ehtimal ki, İranın nüvə silahı əldə etməsinin və ya inkişaf etdirməsinin qarşısını almaq məsələsində ABŞ-ni rədd etməsidir. Bu baxımdan, NATO da eyni şeyi etmişdi.

Meloni hətta İtaliyanın uçuş-enmə zolaqlarından istifadə etməyimizə də icazə vermədi, bu da logistika baxımından ciddi çətinlik yaratdı. Halbuki ABŞ hər il İtaliyanı və digər NATO “müttəfiqlər”ini qorumaq üçün yüz milyardlarla dollar xərcləyir.

İndi isə ABŞ İranı hərbi cəhətdən məğlub etdikdən sonra, o, öz reytinqlərini yüksəltmək üçün yenidən dost olmaq istəyir. Xeyr, təşəkkürlər”, - Amerika lideri sosial mediada yazıb.

Xatırladaq ki, Donald Tramp dünən Corciya Meloninin G7 sammitində onunla şəkil çəkdirmək üçün yalvardığını söyləmişdi:

“Yəqin (G7 sammitində - red.) onunla danışdığıma görə sevinir. Mənim onunla danışmaq öhdəliyim yox idi. Şəkil çəkdirmək üçün mənə yalvarırdı. Mənimlə şəkil çəkdirmək istəyirdi. Mən bunu etməyə də bilərdim, amma ona yazığım gəldi”.

ABŞ Prezidentinin açıqlaması Roma ilə Vaşinqton arasında diplomatik qalmaqala səbəb olub. Meloni Trampı yalan danışmaqda ittiham edərkən, İtaliya xarici işlər naziri Antonio Tacani ABŞ-yə planlaşdırılan səfərini ləğv edib.

PAYLAŞ