Evlilər subaylardan daha xoşbəxtdir - SORĞU NƏTİCƏSİ
Türkiyə əhalisinin 52,7%-i özünü xoşbəxt hesab edir. Sfera.az Türkiyə Statistika Təşkilatına istinadən xəbər verir ki, qadınlar daha xoşbəxtdir. Araşdırmanın nəticələrinə görə, qadınların 55,1 faizi özünü xoşbəxt hiss edir. O da məlum olub ki, evli fərdlərin xoşbəxtlik nisbəti evli olmayanlara nisbətən daha yüksəkdir. Özünü xoşbəxt hesab edənlər evlilər arasında 56,4%, evli olmayanlar arasında isə 45,8%-dir. Vasif