Putinlə bağlı gözlənilməz AÇIQLAMA - "Baydeni Trampdan üstün tutur, çünki..."

Putinlə bağlı gözlənilməz AÇIQLAMA -

Trampın oğlu Putinlə bağlı gözlənilməz açıqlama verib.

 

Sfera.az bildirir ki, o, “X” sosial şəbəkəsində ABŞ prezidentliyinə seçkilərlə bağlı fikirlərini bölüşüb.

 

Kiçik Donald Tramp qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putin Co Baydeni ABŞ lideri kimi görməyə üstünlük verir.

 

“Putin Baydeni Trampdan üstün tutur. Çünki o, daha “proqnozlaşdırıla bilinən adam”dır. Başqa sözlə, Rusiya Federasiyasının Prezidenti Baydenlə “oynaya bilir”. Putin onu asanlıqla manipulyasiya edə bilər”, - o qeyd edib.

 

Bir gün əvvəl Vladimir Putin də jurnalist Pavel Zarubinlə söhbətində, Rusiyanın Trampdan çox Baydeni ABŞ lideri kimi gördüyünü, bunun daha yaxşı olacağını deyib.

 

Qeyd edək ki, ABŞ-də bu ilin noyabrında prezident seçkiləri gözlənilir. Ağ Evin keçmiş sahibi Donald Tramp prezidentliyə əsas namizədlərdən biridir.

 

Günay


OXŞAR XƏBƏRLƏR