\"Rusiya yalnız bu şərtlə Ukrayna ilə sülh danışıqlarına başlayacaq\" - NATO generalı

\

NATO Hərbi Komitəsinin keçmiş sədri, istefada olan general Harald Kujat Rusiyanın Ukrayna ilə sülh danışıqlarına hansı şərtlə hazır olacağını açıqlayıb. 

 

Sfera.az-ın rus mediasına istinadən məlumatına görə, o, danışıqların Qərbin Kiyevə dəstəyi dayandırmasından sonra mümkün olacağını diqqətə çatdırıb.

 

Kujat Rusiya Prezidenti Vladimir Putinin amerikalı jurnalist Taker Karlsona verdiyi müsahibədə dediklərini xatırladıb:

 

"Putin bildirdi ki, Rusiya həmişə danışıqlara hazır olub və indi də hazırdır.Təbii ki, bunun üçün ilkin şərt Ukraynaya hərbi dəstəyin dayandırılmasıdır".

 

Xatırladaq ki, fevralın 6-da jurnalist Taker Karlson Putindən müsahibə alıb. Söhbət zamanı Rusiya lideri bildirib ki, Rusiya Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə nail olmaq istəyir. 

 

Əzizə
 


OXŞAR XƏBƏRLƏR