Elektromobillər daha çox alınır – Avropa sürətlə “yaşıl” nəqliyyata keçir
Keçən il Avropa İttifaqında (Aİ) cəmi avtomobil satışları 10,5 milyona çatıb və elektrik avtomobillərin bazar payı artaraq dizel avtomobillərinin payını ötüb. Sfera.az xəbər verir ki, 2023-cü ildə Aİ-də satılan avtomobillərin 1,5 milyonu və ya 14,6 faizi elektromobillərdən ibarət olub. Dizel avtomobillərinin satışı isə 1,4 milyon ədədə çatıb və bazar payı 2022-ci ildəki 16,4 faizdən 13,6 faizə düşüb. Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının (ACEA) məlumatlarına görə, Aİ avtomobil bazarı