Putindən müsahibə alan amerikalı jurnalist ABŞ-ni İTTİHAM ETDİ: "Vicdansızlıqdır!"

Putindən müsahibə alan amerikalı jurnalist ABŞ-ni İTTİHAM ETDİ:

Amerikalı jurnalist Taker Karlson ABŞ-ni Kiyevə maliyyə yardımı göstərməklə Rusiya və Ukrayna arasında sülh sazişinin bağlanmasını təxirə salmaqda ittiham edib.

 

Sfera.az xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

 

Onun sözlərinə görə, senator Lindsi Qrem respublikaçıları inandırmağa çalışır ki, bu dəfə Ukrayna 60 milyard dollar borc almalıdır. O, bir sıra siyasətçilərin senatorun arqumentləri ilə razılaşdığını, lakin bunun saxtakarlıq olduğunu vurğulayıb.

 

“Ukrayna heç vaxt borclarını qaytarmayacaq. Bu, sadəcə olaraq, regiona daha çox qeydiyyatı olmayan silah göndərmək, qaçılmaz sülh sazişini təxirə salmaq və daha çox ukraynalını öldürmək üçün vicdansız bir yoldur”, - Karlson bildirib.

 

Xatırladaq ki, bundan əvvəl Ukraynanın keçmiş Baş naziri Nikolay Azarov respublikanın sadə vətəndaşlarının münaqişəyə münasibətini qiymətləndirib. Onun sözlərinə görə, cəmiyyət gecə-gündüz yayımlanan telemarafonla “zombiləşdirilsə” də, əksəriyyəti qarşıdurmanı davam etdirmək və Kiyev hakimiyyətinin daim haqqında danışdığı 1991-ci ilin sərhədlərinə geri dönmək istəmir.

 

Əzizə


OXŞAR XƏBƏRLƏR

“Land Rover”də narkotik AŞKARLANDI - FOTO

Texniki baxışa təqdim edilən avtomobildə narkotik maddə aşkarlanıb.   Sfera.az xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən bil...

Bu müəllimlər 1000 manat CƏRİMƏLƏNƏCƏK

Ötən günlərdə Azərbaycan Tibb Universitetinin müəlimi Nazxanım Nəzirbəyin təhsil ocağının tələbələrinin fotosunu çəkməsi və üstəlik bunu sosial şəbəkədə paylaşa...

Almaniya Qazaxıstandan neft idxalını ARTIRACAQ - RAZILAŞMA

Almaniya Qazaxıstandan neft tədarükünü artırmağı xahiş edib.   Sfera.az Rusiya mediasına istinadən xəbər verir ki, bununla bağlı məlumatı Qazaxıstan...

"Kimdə nə yoxdursa, ona meyilli olur..." - Psixoloqdan son günlərin trendi ilə bağlı AÇIQLAMA

Son günlər göz rəngini dəyişən insanların sayında artım müşahidə olunur. Bu sıraya xüsusilə məşhurlar qoşulub. Ötən gün aparıcı Nanə Ağamalıyevanın da göz rəngi...

Dünya çempionu 31 yaşında karyerasını BAŞA VURDU

Fransa millisi ilə dünya çempionatının qalibi olan Rafael Varan karyerasını başa vurub.   Sfera.az xəbər verir ki, 31 yaşlı müdafiəçi bu barədə rəsmi...

Azərbaycanda su ehtiyatları 20-25 faiz AZALACAQ

"Hazırda bütün dünyada, o cümlədən ölkəmizdə qlobal iqlim dəyişilmələrinin neqativ təsirləri getdikcə genişlənir. Bu təsirlər arid zonalarada yerləşən ölkə...