Sərnişin tez-tez tualetə getdiyi üçün təyyarədən qovuldu

19:30 / 18.02.2024
4656
Meksikadan Kanadaya uçmaq üçün təyyarəyə minən Coanna Çyu uçuşdan əvvəl tez-tez tualetə getdiyinə görə təyyarədən düşürülüb.
Sfera.az oxu.az-a istinadən bildirir ki, qadının sözlərinə görə, uçuşdan əvvəl qarnı ağrımağa başlayıb, lakin biletini qaytarmayıb. Sərnişin təyyarəyə mindikdən sonra havaya qalxmazdan əvvəl bir neçə dəfə tualetə gedib və bu, onun təyyarədən düşürülməsinə səbəb olub.
Bundan başqa, Çyu ona hotel otağı və ya başqa reys üçün bilet təklif olunmadığını bildirib.
"Şirkət mənə 20 dəqiqəlik məsafədəki hotelə taksi üçün pul belə ödəmədi", - deyə qeyd edib.