Bolqarıstanda daha bir baş nazir istefa verəcək - FOTO

Bolqarıstanda daha bir baş nazir istefa verəcək - FOTO
Kateqoriya məlum deyil
T

Bolqarıstanın Baş naziri Nikolay Denkov əvvəlcədən razılaşdırılmış rotasiya çərçivəsində martın 6-da vəzifəsindən istefa vermək niyyətini təsdiqləyib.

 

Sfera.az xəbər verir ki, Nikolay Denkov bu barədə Münxen Təhlükəsizlik Konfransından qayıdarkən keçirdiyi brifinqdə açıqlama verib.

 

“Martın 6-da mən istefa verəcəyəm. Normal konstitusiya proseduru var və hökumət növbəti qərar qəbul olunana qədər öz vəzifələrini yerinə yetirməyə davam edəcək”, – deyə Nikolay Denkov bildirib.

 

O qeyd edib ki, yeni hökumətdə Xarici İşlər Nazirliyinə kimin rəhbərlik edəcəyi məsələsi hələ də açıq qalır.

 

 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR