Pol Makkartninin 10 milyon funt sterlinq gitarası 50 ildən sonra tapıldı

Əfsanəvi “Beatles” qrupunun əfsanəsi Pol Makkartnidən 50 il əvvəl oğurlanmış bas gitara çardaqda tapılaraq, sahibinə qaytarılıb.
Sfera.az bildirir ki, Pol Makkartinin gitarı 1972-ci ilin oktyabrında Londonun Notting Hill şəhərində furqonlu maşından oğurlanıb.
1961-ci ildə gitaranı cəmi 30 funt-sterlinqə alan Paul Makkartni, qrupun ilk konsertlərində, Hamburqda və “Caven Club”da 250 dəfədən çox bu gitarada ifa edib.
Eyni zamanda Pol bu gitarı 1969-cu ildə qrup dağılana qədər ifa edib. Məhz bu gitarla “Love Me Do”, “Twist” və “She Loves You” kimi hitlər yazılmışdır.
Musiqiçinin özü və qrupun tarixi üçün əhəmiyyətinə görə gitara indi 10 milyon funt sterlinq dəyərində qiymətləndirilir.
Ötən ilin noyabr ayında Makkartninin öz qiymətli və əvəzolunmaz gitarasını orijinal halda geri almaq şansı oldu.
Gitarın sonrakı sahibləri gitarın Makkartniyə məxsus olduğunu başa düşən kimi, onu öz sahibinə qaytarmaq qərarına gəliblər.
"Bu reklam nəticəsində İngiltərənin cənub sahilində yerləşən şəhərcikdə yaşayan birinin yadına onların çardağında olan köhnə bas gitara düşüb. Bir neçə gündən sonra o, Pol Makkartniyə qayıdıb" - məlumatda deyilir.
Kinoşünaslıq üzrə tələbə Ruaidhri Guest məşhur alətin onun mirasının bir hissəsi olduğunu deyib.
O, koridorda gitara şəklinin yanında "Mənə miras qalmış bu gitarı Paul Makkartniyə qaytarıldı. Xəbəri paylaşın" yazıb.
Ötən gün Pol Makkartni qiymətli əşyasının geri qaytarıldığını təsdiqləyib:
“Keçən ilki “Lost Bass” layihəsindən sonra 1972-ci ildə oğurlanmış 1961-ci il istehsalı olan “Höfner 500/1” bas gitaram geri qaytarılıb”- tanınmış musiqiçi bildirib.
Gitaranın cüzi təmirə ehtiyacı var, lakin ekspertlər hesab edir ki, bunu etmək asandır. Paul və komandasının aləti qaytaran ailə ilə əlaqə saxladıqları və onlara “şirinlik” ödəmək istədikləri deyilir.
Aynil
Sfera.az