Makronun səhvləri Fransaya baha başa gəlir: Parisi Afrikada Moskva əvəzləyir
Belə getsə, fransızlar prezident Emmanuel Makronu vaxtından əvvəl vəzifəsindən kənarlaşdıracaqlar. Məsələ ondadır ki, Fransa məhz indiki komandanın uğursuz siyasəti nəticəsində Afrikadakı keçmiş müstəmləkələrdən qovulub. Halbuki həmin ərazilər həm müstəmləkə idarəçiliyi, həm də sonrakı illərdə soyulub, talan edilib. İndi isə fransızlar bütün bunlardan məhrum olur. Bununla yanası, həmin ərazilərə Fransa mallarının, xüsusilə ərzaq məhsullarının ixracı da dayanıb. Nüfuzlu "L'Opinion" nəşrinin