İranda bayram günlərində yol qəzalarında 242 nəfər öldü
İranda son doqquz gündə yol -nəqliyyat qəzaları nəticəsində 242 nəfər ölüb, 7561 nəfər xəsarət alıb. Sfera.az İRNA-ya istinadən xəbər verir ki, bu barədə Yol Patrul Xidmətindən bildirilib. Məlumata görə, hadisələr nəticəsində ən çox ölüm halları Kerman (27), Fars (21), Xorasan-Rəzəvi (20), Sistan və Bəlucistan (20), Xuzistan (15) əyalətlərində qeydə alınıb. Bildirilib ki, Novruz bayramı günlərində nəqliyyat vasitələrinin ən yüksək hərəkəti Tehran, Əl-Borz, Gilan, Fars, Xorasan-Rəzəvi,