Logo

Ermənistanın Aİ-yə üzvlüyü haqqında layihə parlamentin gündəliyinə daxil edildi

Ermənistanın Aİ-yə üzvlüyü haqqında layihə parlamentin gündəliyinə daxil edildi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ermənistan parlamentinin Avropa inteqrasiyası məsələləri üzrə komissiyası respublikanın Avropa İttifaqına (Aİ) üzvlük prosesinin başlanması haqqında qanun layihəsini təsdiqləyib.

Sfera.az xəbər verir ki, bu barədə “Sputnik-Armeniya” məlumat yayıb.

Avropaya inteqrasiya haqqında qanun layihəsinin Ermənistan parlamentinin iclasının gündəliyinə daxil edilməsi haqqında qərar səs çoxluğu ilə qəbul olunub.

"Komissiya layihəni sabah başlayacaq parlament iclaslarının gündəliyinə göndərəcək", - Avropa inteqrasiyası məsələləri üzrə daimi komissiyanın sədri Arman Yeqoyan müzakirələr zamanı bildirib.

Qeyd edək ki, 2025-ci il fevralın 12-də Ermənistan parlamenti Avropa İttifaqına üzvlük prosesinin başlanması haqqında qanun layihəsini birinci oxunuşda qəbul edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR