Husilərin yüksəkrütbəli məmuru öldürüldü

14:58 / 24.03.2025
3406
ABŞ-nin gecə Yəmənin paytaxtı Sənaya endirdiyi hava zərbələri nəticəsində husilərin yüksəkrütbəli məmuru həlak olub.
Sfera.az xəbər verir ki, bununla bağlı “The Times of Israel” məlumat yayıb.
Məlumatda məmurun adı və ya vəzifəsi göstərilmir.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp orduya Yəməndə husilərə qarşı əməliyyatlara başlamağı əmr etmişdi.