Növbəti prezident seçkilərində namizədliyimi irəli sürməyəcəm - Lukaşenko
Belarus Prezidenti Aleksandr Lukaşenko növbəti seçkilərdə namizədliyini irəli sürməyi planlaşdırmır. Sfera.az xəbər verir ki, o, bu barədə “Time” jurnalına müsahibəsində bildirib. "Xeyr, mən artıq bunu planlaşdırmıram", - A.Lukaşenko müvafiq suala cavab verib. O, həmçinin kiçik oğlu Nikolayı prezident vəzifəsində varisi kimi görmədiyini qeyd edib. "Xeyr, o varis deyil... Bu sualla onu çox incidə bilərsən", - A.Lukaşenko bildirib. O, Belarusun növbəti prezidentinin bir qədər fərqli siyasət