Britaniyada keçmiş deputat Rupert Lou xeyriyyə gəmisini miqrant qayığı ilə səhv salıb
Sfera.az bildirir ki Britaniyanın keçmiş deputatı Rupert Lou Norfolk sahillərində xeyriyyə məqsədli avarçəkmə komandasını miqrant sanaraq sahil mühafizəsinə xəbər verib. Sonradan məlum olub ki, qayıq motor neyron xəstəliklərinin araşdırılması üçün ianə toplayan ROW4MND komandasına məxsusdur.
Hadisə ictimailəşdikdən sonra Lou sosial şəbəkədə üzr istəyib və xeyriyyəçiliyə 1000 funt sterlinq ianə edəcəyini açıqlayıb. Aksiya çərçivəsində artıq 107 min funt sterlinqdən çox vəsait toplanıb.
Xatırladaq ki, Rupert Lou əvvəllər Avropa Parlamentinin Brexit Partiyasından deputatı olub və “Sauthempton” futbol klubuna rəhbərlik edib. Böyük Britaniyanın İslahat Partiyasından xaric edildikdən sonra o, müstəqil namizəd kimi seçkilərə qatılıb.
Aynil