Rusiya SOCAR-ın bazasını vurdu: Yaralılar var


Rusiya SOCAR-ın bazasını vurdu: <span style="color:#ff0000">Yaralılar var</span>
Kateqoriya məlum deyil08.08.25, 16:4529 👁️
T

Rusiya Odessa vilayətində SOCAR-a məxsus neft bazasına zərbə endirib.

 

Sfera.az xəbər verir ki, bu barədə “RKB”-yə mənbələr məlumat verib.

 

Məlumata görə, Rusiya 5 “Şahid” dronu ilə bazaya zərbə endirib. Hücum nəticəsində yanğın baş verib və dizel borusu zədələnib. Şirkətin dörd əməkdaşı xəsarət alıb, onların hamısı ağır yaralanıb və xəstəxanaya yerləşdirilib. Yanğın qısa müddətdə lokallaşdırılıb, bərpa işləri aparılır.

 

Ukrayna hüquq-mühafizə orqanlarının bildirdiyinə görə, zərbələr hədəfə yönəlik olub.

 

Qeyd edək ki, bu, son həftələrdə SOCAR-a bağlı obyektlərə edilən ikinci zərbədir: daha əvvəl “Orlovka” yaxınlığında Azərbaycan qazının ötürülməli olduğu qazpaylayıcı stansiya zədələnmişdi.(axar.az)

PAYLAŞ
Sehliyali
Yüklənir...