Türkiyədə ardıcıl zəlzələlər oldu -10-a yaxın bina çökdü
Balıkəsirin Sındırgı rayonunda baş verən 6,1 maqnitudalı zəlzələdən sonra 4,6, 4,1 və 4 bal gücündə daha üç zəlzələ baş verib. Sfera.az xəbər verir ki, bu haqda AFAD məlumat yayıb. Zəlzələlər 20:01-də 4,6, 20:04-də 4,1 və 20:06-da 4 bal gücündə qeydə alınıb. Sındırqı vilayət valiliyinin məlumatına görə, ilk təkanlardan sonra 10-a yaxın yaşayış binası çöküb. İstanbulun Sultanqazi və Bahçelievler ərazisində də vətəndaşlar evlərini tərk edib. Küçükçekmecede sakinlər parklara axın edib.