HƏMAS daha iki girovun cəsədini İsrailə təhvil verəcək
Kateqoriya məlum deyil
Fələstinin "HƏMAS" hərəkatı daha iki israilli girovun cəsədini yerli vaxtla saat 22:00-da Beynəlxalq Qızıl Xaç Komitəsinə təhvil verəcək.
Sfera.az-ın məlumatına görə, bu barədə HƏMAS-ın hərbi qanadı olan "İzzəddin əl-Qəssam Briqadası"nın Telegram kanalında bildirilib.
"İsrailli girovların fələstinli məhbuslarla dəyişdirilməsinə dair razılaşma çərçivəsində iki əsir cəsədin saat 22:00 radələrində tibb əməkdaşlarına təhvil verilməsi qərara alınıb", - deyə qeyd olunub






