İsrail 15 fələstinlinin cəsədini Qəzzaya verdi

İsrail ordusu 15 fələstinlinin cəsədini Qəzza zolağına təhvil verib.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Qəzza zolağının Səhiyyə Nazirliyinin məlumatına görə, atəşkəs razılaşması çərçivəsində ümumilikdə 135 cəsəd Fələstin anklavına qaytarılıb.
Nazirlik bildirib ki, bu gün 15 cəsəd Qırmızı Xaç Cəmiyyətinin vasitəçiliyi ilə İsrail tərəfindən təhvil alınıb. Bununla da, çıxarılan cəsədlərin ümumi sayı 135-ə çatıb. Qeyd olunub ki, bəzi cəsədlərdə pis rəftar əlamətləri müşahidə olunur.
Məlumata əsasən, atəşkəs razılaşması İsrailin bir ölü girovun qaytarılması müqabilində Fələstinlilərin 15 cəsədini təhvil verməsini nəzərdə tutur. Oktyabrın 13-dən etibarən HƏMAS hərəkatı 10 israilli girovun cəsədini Beynəlxalq Qızıl Xaç Komitəsinə təhvil verib.
Fidan Hacızadə
Sfera.az




