Netanyahuya çağırış: Qəzzada əməliyyatları bərpa et!

Netanyahuya çağırış: Qəzzada əməliyyatları bərpa et!
Kateqoriya məlum deyil
T

Mən İsrail Baş naziri Benyamin Netanyahunu maksimum güclə Qəzzada hərbi əməliyyatları tam bərpa etməyə çağırıram.

 

Sfera.az xəbər verir ki, bunu İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir deyib.

 

“Yanlış olaraq düşünülürdü ki, HƏMAS dəyişəcək və imzaladığı atəşkəs razılaşmasına sadiq qalacaq. Amma gözlənildiyi kimi, təhlükəsizliyimiz üçün təhlükəli olduğunu bir daha sübut etdi”, - nazir bildirib.

 

Qeyd edək ki, bu gün İsrail ordusu HƏMAS-ın atəşkəs razılaşmasını pozduğunu əsas gətirərək, Rəfah istiqamətinə aviazərbələr endirmişdi.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR