Üçüncü Dünya müharibəsi başlaya bilər - AÇIQLAMA
Yaxın Şərqdə baş verən müharibəyə qoşulan ölkələrin sayında artım olacağı gözlənilir. Münaqişə hazırda ABŞ, İsrail və İran arasında getsə də, tədricən İngiltərə, Fransa, eləcə də Küveyt, Qətər, Bəhreyn, BƏƏ və Səudiyyə Ərəbistanının da prosesə qoşulacağı ehtimal olunur. Bu gedişat Üçüncü Dünya müharibəsinin başlanğıcı ola bilərmi? Sfera.az -a bu barədə açıqlama verən siyasi şərhçi Tural İrfan bildirib ki, yalnız Çin və Rusiya aktiv şəkildə müharibəyə qoşularsa, dünya müharibəsi baş verə bilər: