İsrail "Hizbullah"la da müharibəyə başladı

Kateqoriya məlum deyil
T
İsrail ordusu "Hizbullah"a qarşı “hücum kampaniyasına” başladığını elan edib.
Sfera.az xəbər verir ki, İsrail ordusunun yaydığı məlumata görə, qərar "Hizbullah"ın İsrail ərazisinə raket zərbələri endirməsindən sonra keçirilən iclasda açıqlanıb.
Bəyanatı İsrail ordusunun Baş Qərargah rəisi Eyal Zamir səsləndirib.
“Biz Hizbullaha qarşı hücum kampaniyasına başlamışıq”, - deyə Zamir bildirib.
Bölgədə gərginliyin artdığı bildirilib.
Bəsti Rəfizadə
Sfera.az
