İran Rusiyanın yaratdığı yeni peyki ilə bu əraziləri izləyəcək
Rusiyanın “Canopus-V” platformasında İran üçün yaratdığı Yerin məsafədən zondlanması (ER) peyki “Xəyyam” 1,2 metr ayırdetmə qabiliyyətinə malik təsvirlər əldə etməyə və Livan, Suriya və Yəmən ərazilərini müşahidə etməyə imkan verir. Sfera.az “Lenta.ru”ya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın “The Washington Post” qəzeti yazıb. Nəşr qeyd edir ki, Rusiyanın yaratdığı kosmik gəmi İranın üçüncü peyki olacaq və Tehranın kəşfiyyat imkanlarını xeyli artıracaq. Buna baxmayaraq, qəzetin yazdığına