Bu ölkələrdə rekord İSTİLƏR qeydə alındı
İtaliyada ilk 7 ay ərzində qeydə alınan yüksək temperatur 2022-ci ilin ən isti ili, Portuqaliyada isə iyul son 92 ilin ən isti ayı olduğu açıqlanıb.
Sfera.az xəbər verir ki, İtaliyanın ANSA agentliyinin xəbərinə görə, Milli Araşdırma Şurasının İqlim və Atmosfer İnstitutunun (ISAC-CNR) mənbələrinə əsaslanaraq, iyul ayında ölkədə havanın temperaturu orta göstəricidən 2,26 dərəcə yüksək olub.
İtaliyada qeydlərin aparılmağa başlandığı 1800-cü ildən bəri yanvar-iyul aylarında havanın temperaturu orta göstəricidən 0,98 dərəcə yüksək olub.
2022-ci il İtaliyada ən isti il olacaq
İnstitutun məlumatına görə, ilk 7 ay ərzində qeydə alınan yüksək temperatura görə, 2022-ci il ən isti il olacaq.
Son 70 ilin ən pis quraqlığı
Bu il İtaliyada son 70 ilin ən şiddətli quraqlığı mayın ortalarından təsirini göstərən temperatur və yağıntıların miqdarının azalması ilə bağlı qeydə alınıb və ölkənin ən böyük çayı Po-da suyun səviyyəsi aşağı düşüb
Digər tərəfdən İtaliya Kənd Təsərrüfatı Birliyi (Coldiretti) sözügedən iqlim dəyişikliyinin kənd təsərrüfatı sektoruna vurduğu zərərin təxminən 6 milyard avro olduğunu açıqlayıb.
Portuqaliyada son 92 ilin ən isti ayı
Portuqaliya Milli Hava Agentliyindən verilən açıqlamada, iyul ayının Portuqaliya materikində yağıntılar baxımından həddindən artıq isti və quraq ay olduğu bilidirilib
Ölkədə havanın temperaturu baxımından qeydlərin aparıldığı 1931-ci ildən bəri 2022-ci ilin iyul ayı ən isti ay kimi qeydə alınıb.
13 iyul 2022-ci il Portuqaliya materikində "ən isti gün" olub. Ölkədə bu il ən yüksək temperatur 47 dərəcə ilə bu ayda qeydə alınıb.
İsti havadan 1063 nəfər ölüb
Portuqaliya Səhiyyə Nazirliyinin açıqlamasında, iyul ayında güclü istilərdən 7-18 iyul tarixlərində 1063 nəfərin öldüyünü bildirmişdi.
Gülər