Çin Pelosinin səfərinə görə ABŞ-la hərbi əməkdaşlığı dayandırıb
Kateqoriya məlum deyil
Rəsmi Pekin ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Pelosi Nensinin səfərinə cavab olaraq ABŞ Müdafiə Nazirliyi və Çin nümayəndələri arasında işgüzar görüşü ləğv edib.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, hərbi əməkdaşlığın dayandırılması barədə Çin Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, iki ölkə arasında əməkdaşlıq komandanlıqlar arasında dialoqu nəzərdə tutur.
Vasif
Sfera.az






