Logo

SEPAH-ın Tehrandakı qərargahında partlayış – Hücumu kim təşkil edib?

SEPAH-ın Tehrandakı qərargahında partlayış – Hücumu kim təşkil edib?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Avqustun 3-ü yerli vaxtla gecə saat 21:15-də SEPAH-ın Tehrandakı qəragahında ardıcıl partlayışlar meydana gəlib.

Sfera.az xəbər verir ki, hadisə İnqilab Keşikçiləri Korpusunun "Məhəmməd Rəsullullah" briqadasının komandanlıq mərkəzinin "Bahonər" adına Bəsic qüvvələrinin yerləşdiyi ərazidə baş verib.

İran hökumətinə müxalif Xalq Mücahidləri Təşkilatı bildirib ki, ardıcıl baş verən iki partlayış son vaxtlar əsassız və saxta ittihamlarla edam edilən ölkə vətəndaşlarına qarşı ədalətsizliyə cavab olaraq həyata keçirilib.

Qərargaha edilən hücum və partlayışın məsuliyyətini hələlik heç bir təşkilat öz üzərinə götürməsə də, bununla bağlı məlumatın Xalq Mücahidləri Təşkilatı tərəfindən yayılması hücum əməliyyatının həmin təşkilat tərəfindən həyata keçirildiyi ehtimalını artırır.

Turan Rzayev

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR