Logo

Mask ABŞ-dəki bütün uşaqlara “SpaceX” səhmləri verəcək

Mask ABŞ-dəki bütün uşaqlara “SpaceX” səhmləri verəcək
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Amerikalı milyarder, “SpaceX” şirkətinin rəhbəri İlon Mask ABŞ-də yaşayan hər bir uşağa şirkətin iki səhmini hədiyyə edəcəyini açıqlayıb. Bununla o, ötən ay irəli sürdüyü və hər uşağa bir səhm verilməsini nəzərdə tutan vədini ikiqat artırıb.

Sfera.az xəbər verir ki, bu barədə “Euronews” məlumat yayıb.

Mask özünün sahibi olduğu “X” sosial şəbəkəsindəki paylaşımında bildirib ki, ABŞ-dəki hər bir uşaq bir səhmi şirkətdən, digərini isə şəxsən ondan alacaq.

“SpaceX” şirkətinin açıqlamasına görə, hazırda aktiv olan hər bir “Trump Account” hesabına bir yeni A sinif səhm veriləcək. Mask da şirkətin bu töhfəsini şəxsi səhmləri hesabına tamamlayacaq.

Milyarderin sözlərinə görə, şirkət öz səhmlərini dekabr ayında köçürəcək. O isə şəxsi səhmlərini onların ötürülməsi ilə bağlı məhdudiyyətlər aradan qalxdıqdan sonra, 2027-ci ilin iyununda verəcək.

Hər uşağa düşən səhmlərin dəyəri nə qədərdir?

Hədiyyənin ümumi dəyəri səhmlərin bazar qiymətindən və proqramda iştirak edəcək aktiv hesabların sayından asılı olacaq. Noyabrın 25-də ticarət sessiyasının bağlanışında “SpaceX” səhminin qiyməti 127,44 dollar olub. Bu qiymətlə hər uşağa veriləcək iki səhmin ümumi dəyəri 254,88 dollara çatır.

Ağ Evin oktyabr ayında açıqladığı məlumata görə, təxminən 70 milyon “Trump Account” hesabı yaradılıb. Lakin onların neçəsinin aktivləşdirildiyi məlum deyil. Əgər 70 milyon hesabın hamısı proqramın şərtlərinə uyğun olarsa, səhmlərin ümumi dəyəri təxminən 17,8 milyard dollar təşkil edə bilər.

Səhmləri əldə etmək üçün uşaqların valideynləri və ya qəyyumları onların “Trump Account” hesablarını aktivləşdirməlidirlər. ABŞ hökuməti 2025-2028-ci illərdə doğulan uyğun kateqoriyadan olan ABŞ vətəndaşlarının hesablarına birdəfəlik 1000 dollar vəsait ayırır.

Bu hesablardakı pullar, əsasən, ABŞ fond bazarını izləyən aşağı xərcli investisiya fondlarına yönəldilir. Vəsaitlərin çıxarılmasına isə adətən uşaq 18 yaşına çatana qədər məhdudiyyət qoyulur.

Mask səhmləri satmamağı tövsiyə edib

İlon Mask uşaqlara veriləcək səhmləri uzun müddət saxlamağı tövsiyə edib. O, “SpaceX”in kosmosda insan məskənləri yaratmaq və Günəş enerjisindən geniş istifadə etmək məqsədlərinə çatacağı təqdirdə şirkətin dəyərinin hazırkı dünya iqtisadiyyatından dəfələrlə yüksək ola biləcəyini iddia edib.

Milyarder bu hədəflərin son dərəcə çətin olduğunu da etiraf edib.

“SpaceX” orbitdə bir milyon peyk yerləşdirmək icazəsi alıb

Məlumata görə, ABŞ Federal Rabitə Komissiyası çərşənbə günü “SpaceX”ə orbitdə məlumat mərkəzləri yaratmaq layihəsi çərçivəsində bir milyona qədər peyk yerləşdirməyə icazə verib.

Şirkət peyklərin Günəş enerjisi ilə işləyərək Yer üzündə istifadə üçün məlumatların emalını həyata keçirəcəyini bildirir. Tənzimləyici qurum isə layihənin süni intellekt hesablamalarına artan tələbatın ödənilməsinə kömək edə biləcəyini qeyd edib.

Qeyd edək ki, “SpaceX”in bu layihəsi İlon Maskın kosmosda insan həyatının təmin edilməsi ilə bağlı uzunmüddətli planlarının bir hissəsidir.

İnci

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR