Milyarderlərin mindiyi lüks taksilər: Qiymətlər 500 dollardan başlayır

Milyarderlərin mindiyi lüks taksilər: Qiymətlər 500 dollardan başlayır

Ultra varlılar qaçırılmaq və ya qarət olunmaq qorxusuna görə hər hansı bir taksiyə minə bilmirlər. Bu ehtiyac milyarderlərə özəl taksi xidməti göstərən şirkət tərəfindən ödənilir.



Sfera.az bildirir ki, ABŞ-ın Cənubi Karolina ştatında qurulan “Fortis” şirkəti də milyarderlərə lazım olan təhlükəsizlik xidmətlərini təqdim edir. Məlumata görə, bu taksilərdən xüsusi təlim keçmiş sürücülər istifadə edir. Sürücülərin əksəriyyəti keçmiş əsgərlər və ya mühafizəçilərdir. İstifadə olunan bütün taksilər zirehli, lüks maşınlardır. Təhlükəsizliyi təmin etmək üçün, bir müştəriyə eyni vaxtda iki taksidən istifadə olunur. Bu sayədə izlənmə riskinin qarşısı alınır.


Şirkətin qurucusu Nathan Foy deyib ki, xüsusilə Meksika kimi riskin yüksək olduğu Mərkəzi və Cənubi Amerika ölkələrində bu cür taksilərə tələbat var. Çünki belə ölkələrdə varlıların hava limanından otelə köçürülməsi üçün xüsusi təhlükəsizlik tədbirləri tələb olunur. Həmçinin hava taksi xidməti də göstərilir. Dünyanın min şəhərində fəaliyyət göstərən və ildə 25 min taksi xidməti göstərən şirkətin dəyəri 600 milyon dollara yaxınlaşıb.

 

“Fortis”dən taksi xidməti sifariş etməyin dəyəri isə 500 dollardan başlayır.



Türkan

 


OXŞAR XƏBƏRLƏR