Vitali Kliçko 25 illik evlilikdən sonra boşanır
Ukraynanın Kiyev şəhərinin meri Vitali Kliçko həyat yoldaşı Natalya ilə boşandığını açıqlayıb. O, uzun illərdir ki, müxtəlif ölkələrdə yaşadıqlarını, ona görə də boşanmanın münasibətlərinin məntiqi yekunu olacağını bildirib. Eyni zamanda, Kliçko bildirib ki, boşansa da, həyat davam edir: “Uzun illərdir fərqli maraqlar, fərqli həyatlar yaşayırıq. Biz bunu rəsmiləşdirməyə qərar verdik. Bu, hər iki tərəfin istəyidir. Bizim hələ də yaxşı münasibətlərimiz var, bir-birimizə hörmət edirik, uşaqlar