Logo

Bu ölkədə məşhur astroloq milli bankda işə götürüldü - FOTO

Bu ölkədə məşhur astroloq milli bankda işə götürüldü - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rumıniya Milli Bankı ölkədə tanınmış astroloq Minervanı işə götürüb.

Sfera.az xəbər verir ki, təyinatla bağlı "Adevarul" portalı Milli Bankdakı mənbələrə istinadla məlumat yayıb.

Qeyd olunub ki, o, direktorun inzibati xidmətlərə cavabdeh katibi vəzifəsində çalışacaq.

Minerva özü də təsdiqləyib ki, bundan sonra ölkənin Milli Bankında işləyəcək.

O, pərəstişkarlarına "Mən indi rəhbər vəzifədəyəm" deyə müraciət ünvanlayıb:

"Təəssüf ki, artıq təxmin etmək hüququm yoxdur, amma bu heç nə demək deyil".

Vurğulanıb ki, astroloq podkast işə salmaq niyyətindədir.

Məşhur astroloqun əsl adı Qabriela Dimadır, onun indi 64 yaşı var. Rumıniya mətbuatının yazdığına görə, xanım müxtəlif sahələr üzrə məzundur: hüquq, aktyorluq və psixologiya. (Publika.az)

Bu ölkədə məşhur astroloq milli bankda işə götürüldü - FOTO

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR