Logo

Zibillik onu Çinin ən varlı qadını etdi - UĞUR HEKAYƏSİ

Zibillik onu Çinin ən varlı qadını etdi - UĞUR HEKAYƏSİ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Başqalarının tullantı hesab etdiyi kağız və kartonlar bir qadının həyatını dəyişərək onu dünyanın ən varlı sahibkarlarından birinə çevirdi.

Söhbət Çinin məşhur iş qadını, “Nine Dragons Paper” şirkətinin qurucusu Zhang Yindən gedir.

Sfera.az xəbər verir ki, Zhang Yinin uğur hekayəsi 1985-ci ildə, onun cəmi 28 yaşı olarkən başlayıb. Həmin vaxt Çinin cənubunda yerləşən toxuculuq fabriklərindən birində mühasib işləyən Zhang Yin ailənin səkkiz bacı-qardaşı arasında ən böyük övlad olub.

O, daha yaxşı imkanlar axtarışında olduğu üçün işindən ayrılaraq təxminən 3800 dollarlıq büdcəsi ilə Honkonqa köçüb. Burada diqqətini iki mühüm məqam cəlb edib. Çində kağız istehsalına böyük tələbat var idi, lakin bu tələbatı ödəmək üçün kifayət qədər ağac ehtiyatı yox idi. Digər tərəfdən, istifadə olunmuş kağız və karton tullantıları böyük həcmdə toplanırdı.

1990-cı ildə ABŞ-nin Los-Anceles şəhərinə gedən Zhang Yin burada yeni fürsət görüb. Amerikalıların böyük miqdarda kartonu tullantı kimi atdığını, həmin materialların isə daşınma xərclərinə görə bəzən demək olar ki, pulsuz verildiyini müşahidə edib. O, bu kartonları toplamaq və Çinə göndərmək qərarına gəlib. Beləliklə, başqalarının dəyərsiz hesab etdiyi tullantılar onun biznesinin əsasına çevrilib.

1995-ci ildə həyat yoldaşı ilə birlikdə “Nine Dragons Paper” şirkətini yaradan Zhang Yin istehsal sahəsini genişləndirməyə başlayıb. Dongguan şəhərində qurulan müəssisə ilkin mərhələdə ildə 200 min ton istehsal gücünə malik olub.

Şirkət 2006-cı ilin martında Honkonq Fond Birjasında listinqə daxil edilib. Həmin ilin oktyabrında Zhang Yin “Hurun” reytinqinə əsasən Çinin ən varlı qadını kimi tanınıb.

O, bu siyahıda birinci yerə yüksələn ilk qadın olub.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR