Zelenski rus əsgərlərə çağırış etdi: “Bunu etsəniz, öləcəksiniz...”

Zelenski rus əsgərlərə çağırış etdi: “Bunu etsəniz, öləcəksiniz...”

Rusiya-Ukrayna müharibəsinin ilk günündən ölkənin paytaxtı Kiyevi əsas hədəf kimi təyin edən Rusiya ordusu həftələrlə mühasirə və ardıcıl hücum cəhdlərindən sonra bölgədən geri çəkilərək istiqamətini ölkənin şərqinə çevirib. 

Bu çərçivədə Rusiya bu bölgənin bir çox şəhərini hədəfə alaraq “Donbasdakı son qala” kimi də tanınan Lisiçanskın nəzarətini təmin edib. Müharibə Donetsk vilayətində cəmləşdiyi halda, dünyanın gözü Zaporojjya Atom Elektrik Stansiyasına yönəlib. Bu fonda Ukrayna lideri Zelenskinin son açıqlaması diqqət çəkib.

 

Sfera.az bildirir ki, bölgədə baş verə biləcək münaqişələrin nüvə fəlakətinə səbəb ola biləcəyi ilə bağlı xəbərdarlıqlar davam edərkən Zelenski Avropanın ən böyük atom elektrik stansiyasında yerləşdirilən qoşunların “xüsusi hədəflər”ə çevriləcəyini deyib. O, xalqa müraciətində bu ifadələrdən istifadə edib:

 

“Obyekti sipər olaraq istifadə edən və atəş açan hər bir rus əsgəri başa düşməlidir ki, onlar bizim kəşfiyyat agentlərimiz, xüsusi xidmət orqanlarımız və hərbçilər üçün xüsusi hədəfə çevriləcəklər”.

 

Ukrayna liderinin bu açıqlaması ekspertlər tərəfindən Kiyevin “özəl hədəfi” kimi qiymətləndirilib. Digər tərəfdən 1984-1995-ci illərdə tikilmiş Zaporojjya AES-in Avropanın ən böyük, dünyada isə doqquzuncu atom elektrik stansiyası olduğu vurğulanıb.

 

Qeyd edək ki, hər biri 950 MVt və ümumi gücü 5700 MVt olan altı reaktoru olan stansiya Ukrayna enerjisinin dörddə birini istehsal edir. Atom elektrik stansiyası Donbas bölgəsindən təxminən 200 kilometr aralıda və Kiyevdən 550 kilometr cənub-şərqdə yerləşir.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR