Rusiya Trampın xanımına təşəkkür etdi
Kateqoriya məlum deyil
Rusiya ABŞ-nin birinci xanımı Melaniya Trampa Ukraynanın Oleşki şəhərindəki humanitar əməliyyatda iştirakına görə təşəkkür edib.
Sfera.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
“Artıq ən xoş sözlərimizi (minnətdarlığımızı) çatdırmışıq. Oleşkidə tədbirin hazırlanmasında fəal iştirak etdiklərinə görə Melaniyaya və komandasına təşəkkür etmişik”, - o deyib.
Xatırladaq ki, oktyabrın 27-dən noyabrın 1-dək Melaniya Trampın vasitəçiliyi ilə Oleşki şəhərində humanitar əməliyyatın həyata keçirilməsi üçün müəyyən edilmiş ərazidə atəşkəs rejimi tətbiq olunub. ABŞ-nin birinci xanımı bundan sonra Ağ Evdə Rusiya və Ukraynanın nümayəndələri ilə görüş keçirib.






