Logo

"Avropa Ukrayna müharibəsinin davam etməsində maraqlıdır"

"Avropa Ukrayna müharibəsinin davam etməsində maraqlıdır"
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

ABŞ Dəniz Piyadaları Korpusunun keçmiş kəşfiyyat analitiki Skott Ritter Avropa ölkələrinin Rusiya ilə müharibənin başa çatmasını istəmədiyini iddia edib.

Sfera.az bildirir ki, o bu fikirləri TASS agentliyinə müsahibəsində səsləndirib.

Ritterin sözlərinə görə, Ukrayna münaqişəsinin davam etməsi Avropa İttifaqına hərbi ittifaqı qorumaq və bununla da qurumun iqtisadi əsaslarını dəstəkləmək imkanı verir.

“Avropa hazırda müharibənin davam etdirilməsi ideyasına bağlanıb. Çünki ona hərbi ittifaqı qorumaq üçün müharibə lazımdır, hərbi ittifaq isə Avropa İttifaqının iqtisadi əsaslarını saxlamaq üçün vacibdir”, – deyə o bildirib.

Ekspert hesab edir ki, hərbi iqtisadiyyat olmadan Avropa ciddi iqtisadi çətinliklərlə üzləşə bilər. Onun fikrincə, münaqişənin başa çatması NATO-nun və Avropa İttifaqının gələcəyinə də təsir göstərəcək.

Ritter həmçinin müharibənin qaçılmaz olaraq Rusiyanın qələbəsi ilə nəticələnəcəyini iddia edib.

İnci

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR