Logo

"BepiColombo" Merkuri orbitinə daxil oldu – 8 illik səyahət başa çatdı

"BepiColombo" Merkuri orbitinə daxil oldu – 8 illik səyahət başa çatdı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Avropa Kosmik Agentliyinin (ESA) məlumatına görə, BepiColombo kosmik zondu səkkiz illik səyahətdən sonra Merkuri planetinin orbitinə daxil olub.

Sfera.az bildirir ki, ESA və Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyinin (JAXA) birgə layihəsi olan missiya 2018-ci ildə Fransız Qvianasındakı kosmodromdan start götürüb. Əsas məqsəd Günəşə ən yaxın planet olan Merkurinin müxtəlif xüsusiyyətlərini araşdırmaq, onun quruluşu və Günəş sisteminin təkamülü barədə alimlərin biliklərini genişləndirməkdir.

ESA-nın sosial şəbəkədəki paylaşımında bildirilib ki, aparatla əlaqə yaradılıb və uçuş dinamikası üzrə mütəxəssislər onun Merkuri orbitinə daxil olduğunu təsdiqləyiblər. Agentlik missiya ilə bağlı növbəti məlumatları yaxın günlərdə açıqlayacağını bildirib.

Plana əsasən, Avropa və Yaponiya orbit aparatlarının dekabrın 9-10-da bir-birindən ayrılması nəzərdə tutulur. Elmi tədqiqat mərhələsinin isə 2027-ci ilin aprelində başlaması planlaşdırılır.

ESA-nın məlumatına görə, BepiColombo Merkurinin orbitinə çıxan tarixdə ikinci və ən mürəkkəb missiya olacaq. Günəşə yaxın yerləşməsi səbəbindən bu planetə kosmik aparat göndərmək digər planetlərlə müqayisədə daha çətindir. Buna görə də Merkuri Günəş sisteminin daxili hissəsində ən az öyrənilmiş planetlərdən biri olaraq qalır.

Günəş sisteminin ən kiçik planeti olan Merkuridə temperatur fərqləri də olduqca kəskindir. Planetin səthində temperatur gündüz 430 dərəcəyədək yüksələ, gecə isə mənfi 180 dərəcəyədək enə bilir.

Qeyd edək ki, Merkurini ziyarət edən ilk kosmik aparat 1973-cü ildə NASA tərəfindən göndərilən “Mariner 10” olub.

İnci

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR