Trampın bu təklifi Avropanı sevindirdi
ABŞ Prezidenti Donald Trampın danışıqlar qrupunun Ukraynaya NATO tipli kollektiv müdafiə zəmanəti vermək təklifi Kiyevin bəzi Avropa tərəfdaşları arasında yeni bir nikbinliyə səbəb olub.
Sfera.az xəbər verir ki, bu barədə "Politiko" nəşrinin məlumatında deyilir.
Avropa rəsmiləri ümid edirlər ki, bu təklif Vaşinqtonun mövqeyində Kiyevin xeyrinə dəyişiklik əlaməti ola bilər. Eyni zamanda, onlar Ağ Evin belə bir razılaşma üçün tələb edəcəyi “qiymətin” çox yüksək ola biləcəyindən qorxurlar.
Bəzi avropalıların Amerika təşəbbüsünü səmimi hesab etmələrinin bir səbəbi də təklifin ABŞ nümayəndə heyəti tərəfindən qəfildən irəli sürülməməsidir.
Belə ki, ABŞ rəsmiləri bir neçə aydır ki, bu ideyanı gizli şəkildə müzakirə edirdilər və hətta Ukraynanın NATO-ya tam üzvlüyü ilə bağlı Fransanın təklifi ilə pərdəarxası müzakirələr də aparılıb.
Qeyd edək ki, daha əvvəl Trampın müşaviri və kürəkəni Cared Kuşner ABŞ prezidentinin Ukraynaya NATO-nun 5-ci maddəsinə bənzər təhlükəsizlik zəmanətləri verməyə açıq olduğunu bildirmişdi./axar.az






