Çin və ABŞ üç istiqamətdə razılığa gəldi

Çin və ABŞ üç istiqamətdə razılığa gəldi
Kateqoriya məlum deyil
T

ABŞ və Çin nümayəndə heyətləri Nyu-York və Vaşinqtonda keçirilən görüşlərdə ticarət, maliyyə xidmətləri və süni intellekt sahəsində bir sıra razılaşmalar əldə ediblər.

Sfera.az xəbər verir ki, Çin Ticarət Nazirliyinin açıqlamasına görə, tərəflər 30 milyard dollar dəyərində mal ticarətinə tətbiq olunan gömrük tariflərinin qarşılıqlı azaldılması barədə razılığa gəliblər.

Bu çərçivədə Çinin 2027 və 2028-ci illərdə ABŞ-dan kömür idxal etməsi nəzərdə tutulur.

Tərəflər həmçinin “Ticarət Şurası” və “İnvestisiya Şurası”nın yaradılması barədə razılaşıblar. Kənd təsərrüfatı məhsullarının qarşılıqlı bazarlara çıxışı ilə bağlı ayrıca işçi qrupunun yaradılması planlaşdırılır.

Çin ABŞ kapitalı da daxil olmaqla xarici maliyyə şirkətlərinin ölkədə fəaliyyət göstərməsi üçün müraciətlərə baxacağını bildirib.

Çin və ABŞ arasında süni intellekt üzrə yeni dialoq da başlayıb. Tərəflər texnologiyanın yaratdığı risk və imkanları müzakirə edib, noyabrın sonunadək növbəti görüşün keçirilməsi və mümkün insidentlər zamanı əlaqə kanalı yaradılması barədə razılığa gəliblər.

Bundan əlavə, tərəflər Malayziyada əldə olunan müvəqqəti razılaşmanın müddətini 10 yanvar 2027-ci ilədək uzadıblar. Bu müddət ərzində ABŞ və Çin daha geniş iqtisadi-ticari razılaşma əldə etməyə çalışacaq.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR