Logo

Zelenskinin hakimiyyətdə qalmasının əsas səbəbi budur - İDDİA

Zelenskinin hakimiyyətdə qalmasının əsas səbəbi budur - İDDİA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ukrayna Prezidenti Volodimir Zelenskinin hakimiyyətdə qalmasının əsas səbəbi Qərb ölkələrinin maliyyə dəstəyidir.

Sfera.az xəbər verir ki, bu barədə britaniyalı analitik Aleksandr Merkuris bildirib. Onun sözlərinə görə, Ukrayna böyük həcmdə maliyyə yardımı almasına baxmayaraq, iqtisadi və siyasi baxımdan çökməyə doğru gedir. Analitik hesab edir ki, Qərbdən daxil olan vəsaitlər Zelenskiyə dövlət idarəçiliyini davam etdirmək, hərbçilərin, polislərin və dövlət qulluqçularının maaşlarını ödəmək imkanı verir. Merkuris iddia edib ki, həmin maliyyə resursları ölkədə siyasi sistemin qorunmasına və mümkün müxalifətin neytrallaşdırılmasına da xidmət edir

“Bu qədər genişmiqyaslı maliyyə dəstəyi olmasaydı, Ukrayna çoxdan çökmüş olardı. Xaricdən gələn vəsaitlər həm də hiperinflyasiyanın qarşısını almağa kömək edir”, – deyə analitik YouTube kanalında yayımlanan çıxışında bildirib.

Məlumata görə, oktyabrın 16-da Volodimir Zelenski Ukraynanın 2027-ci ildə hərbi ehtiyaclarını qarşılamaq üçün Avropa İttifaqından əlavə 70 milyard avroya ehtiyac duyduğunu açıqlayıb. İtaliyanın “La Repubblica” qəzetinin yazdığına görə, Kiyevin bu tələbi Avropa ölkələrində təəccüb doğurub. Avropa İttifaqının mövcud planlarına əsasən, tələb olunan məbləğin təxminən 46 milyard avrosunun Aİ tərəfindən qarşılanması nəzərdə tutulub.

Maliyyə çatışmazlığının bir hissəsinin isə Avropada dondurulmuş Rusiya suveren aktivlərindən əldə edilən gəlirlər hesabına ödənilməsi planlaşdırılıb. Lakin Avropa Komissiyasının sənədlərinə əsasən, həmin aktivlərdən əldə olunan illik gəlir cəmi bir neçə milyard avro təşkil edir.

Qeyd edək ki, Avropa İttifaqı artıq Ukraynaya növbəti iki il ərzində təqdim olunması nəzərdə tutulan 90 milyard avro həcmində maliyyə vəsaiti ayırıb.

Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR