Bu, müharibə elanıdır! – Liviya hökuməti hərəkətə keçdi
Liviya Prezident Şurasının sədr müavini Musa əl-Kuni Ukraynanı Benqazi limanına hücumda ittiham edərək, hadisəni müharibə elanı kimi qiymətləndirib.
Sfera.az xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsində yayımladığı rəsmi bəyanatda bildirib.
Əl-Kuni Ukrayna tərəfinin hücumla bağlı məsuliyyəti qəbul etdiyini deyərək, Kiyevin hadisəyə görə tam məsuliyyət daşımalı olduğunu vurğulayıb.
“Volodimir Zelenskinin etiraf etdiyi, açıq şəkildə bəyan etdiyi və öyündüyü bu terror aktlarına görə Ukrayna tərəfini tam məsuliyyətə cəlb edirik”, – deyə liviyalı siyasətçi qeyd edib.
Əl-Kuninin sözlərinə görə, Benqazi dəniz limanına və onun mühüm infrastruktur obyektlərinə hücum nəticəsində maddi ziyan yaranıb, mülki şəxslər də xəsarət alıb.
O, hadisəni beynəlxalq hüquq normalarının və razılaşmaların pozulması, eləcə də Liviyanın suverenliyinə, milli təhlükəsizliyinə və sabitliyinə birbaşa təhdid kimi xarakterizə edib.
Liviya rəsmisi BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını və Ukrayna Prezidenti Volodimir Zelenskinin terrorçular siyahısına daxil edilməsini də tələb edib./globalinfo






