Logo

Konqoda Ebolaya yoluxanların sayı 12 minə yaxınlaşdı

Konqoda Ebolaya yoluxanların sayı 12 minə yaxınlaşdı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Konqo Demokratik Respublikasında Ebola virusuna yoluxma halları 11 min 700-ü ötüb. Epidemiya nəticəsində indiyədək 5 min 775 nəfər həyatını itirib.

Sfera.az xəbər verir ki, bu barədə Konqo Demokratik Respublikasının Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, epidemiyanın başlanmasından indiyədək ölkədə ümumilikdə 11 762 təsdiqlənmiş yoluxma halı qeydə alınıb.

Ölüm göstəricisi 49,1 faiz təşkil edir. Yoluxmaların əsas episentri İturi əyalətidir. Təsdiqlənmiş halların 68,3 faizi məhz bu əyalətin payına düşür. Epidemiya ölkənin səkkiz əyalətində yerləşən 178 inzibati ərazidən 68-nə yayılıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) isə Afrikada Ebola epidemiyasına qarşı mübarizə tədbirlərinin əhəmiyyətli dərəcədə genişləndirildiyini, lakin virusun yayılma sürətinin sabit qaldığını açıqlayıb.

Təşkilat Konqo Demokratik Respublikasında virusun daha da yayılması riskini “çox yüksək” qiymətləndirib.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR